Tramp Ərdoğana İdlibə görə təşəkkür etdi
Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp görüşünə dair açıqlama verib.
Açıqlamada Donald Trampın İdlib mövzusundakı narahatlığı qeyd olunub və Ərdoğana Türkiyənin göstərdiyi səylərdən ötrü təşəkkür etdiyi vurğulanıb. Ağ Evin mətbuat katibinin müavini Cadd Dir 15 fevralda Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın telefon danışığına dair yazılı açıqlama yayıb: "Tramp Suriyanın İdlib əyalətibdə Türkiyənin göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib. O, xarici qüvvələrin Liviyaya müdaxiləsinin vəziyyəti daha da pisləşdirəcəyini təkrarlayıb". (eastnews) Oxşar xəbərlər
|