Həsən Ruhani Türkiyə rəhbərliyinə səsləndi
İran Prezidenti Həsən Ruhani Türkiyə rəhbərliyinə səslənərək, Suriya mövzusunda imzalanan Soçi müqaviləsiindən imtina edilməməsini, bundan əlavə Suriya həll prosesi ilə əlaqədar müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Həsən Ruhani verdiyi açıqlama zamanı bildirib ki, Soçi konsensusundan və prosesdən imtina etməməlidirlər: "Türkiyə rəhbərliyinin, birlikdə imzalamış olduğumuz razılaşmalara hörmət göstərməsini çox istəyirəm. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, bütün toplantılarda iki şeyə açıq vurğulamışdı. Birincisi Suriyanın ərazi bütövlüyü, ikincisi də ölkənin bütün ərazisinin Suriya rəhbərliyinin idarəsində olmasıdır". (eastnews.org) Oxşar xəbərlər
|