Bağdadda ABŞ bazasına raket hücumu edildi
ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına bir Katyuşa raketinin düşdüyü və səfirlikdə həyəcan siqnalının aktivləşdiyi bildirilib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü polkovnik Maylz Keqqins Bağdaddakı hərbi bazaya qarşı raket hücumları nəticəsində tələfatın olmadığını bildirib. Bağdadda yüksək təhlükəsizliklə qorunan Yaşıl bölgədə yerləşən koalisiya qüvvələrinin bazasına raket düşməsi barədə şəxsi Twitter profilindən açıqlama verən Keqqins, bunları qeyd edib: “Yerli vaxtla saat 03:24-də “Sarsılmaz qərarlılıq” hərəkatının əməliyyatını icra edən əsgərlərin olduğu bazaya raket düşdü. Düşən raket böyük deyildi və hər hansı bir tələfatla nəticələnmədi. Hücumla əlaqədar istintaq davam edir”. Oxşar xəbərlər
|