Həzənzadə Amulinin azərbaycan dilinə tərcümə edilmiş ilk kitabı işıq üzü gördü
Mьəllif: admin1
Tarix: 17-02-2020, 15:24
Bцlmə: Xəbərlər
Həzənzadə Amulinin azərbaycan dilinə tərcümə edilmiş ilk kitabı işıq üzü gördü
“İlahinamə” əsəri ilə qısa tanışlıq

Ahlibeyt.ge - Müəllifin irfani əsərlərindən biri də “İlahinamə” əsəridir. Bu əsər qafiyəli nəsr formasında yazılıb və münacat, dua, irfani kəlamların toplusudur. Bu baxımdan həm irfani, həm də ədəbi cəhətdən dəyərli əsərdir.

Qeyd etmək lazımdır ki, irfani mənaları məhz bu formada bəyan edən ilk alim Xacə Əbdullah Ənsari olub.

Həsənzadə Amuli “İlahinamə” əsərində özünün batini hal və hislərindən, daxili aləmində yaşadığı təcrübələrindən danışır, oxucuları pak və arifanə aləmə; özünün seyri-suluk dünyasına aparır, mənəvi aləmdən söhbət açır.

Bu möhtəşəm əsər tərcümə edilərək ölkəmizdə işıq üzü görüb. Üzərində iki ilə yaxın zəhmət çəkilib. Tərcüməsi ilə iki tərcüməçi məşğul olub. Bundan əlavə kitab redaktə olunmuş və kitaba elmi şərh verilmişdir. Daha sonra kitaba elmi baxış da keçirilmişdir.

Qeyd edək ki, kitabı tərcümə edənlər Musa Hüseynli, Əli Nurməmmədov, elmi redaktor və şərh verən Əli Nurməmmədov, elmi baxış keçiən isə Hacı Nuhbala Rəhimovdur.

Kitab artıq satışa verilib. Kitabın əsl dili ağır olsa da, kitabın dili mütəxəsisslər tərəfindən hər bir oxucunun anlaya biləcəyi şəkildə sadələşdirilmişdir. Odur ki, kitabı ümumi oxucu kütləsinə könül rahatlığı ilə təqdim edirik – deyə bildirilib.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031