İranda iki şəhərdə 5 nəfərin koronavirusa yoluxması təsdiqləndi
İslamazeri.com Portalı "Azeri.sahartv.ir" saytına istinadən xəbər verir ki, İranın Qum və Ərak şəhərlərində daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.
İRNA-nın verdiyi məlumata görə, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri deyib: Laboratoriya faktları Qum və Ərak şəhərlərində xəstəxanaya yerləşdirilmiş 3 nəfərin Korovid19 virusuna yoluxduğu təsdiqlənib və bu xəstələr hal-hazırda nəzarət altında saxlanılır. İranın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, Kiyanuş Cahanpur deyib: virusa yoluxanlar İran vətəndaşlarıdır. Ərak şəhərində yoluxan şəxs həkimdir və beləliklə İranda Korovid19 virusuna yoluxanların sayı 5 nəfərə çatır. K.Cahanpur yeni koronovirusla əlaqədar İranın Qum şəhərində izdihamlı məscidlərə və digər ictimai yerlərə, eləcə də ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılmasının təklif olunduğu bildirib. Cahanpur, Qum əyalət başçısı tərəfindən bu təklifin araşdırılacağı və müvafiq qərar veriləcəyinə ümidvar olduğunu deyib. Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib. Oxşar xəbərlər
|