Ayətullah Cavadi Amuli: “Biz gərək başqa ölkələrin kitablarından agah olaq ki, getdiyimiz yerdə sözümüzü eşitsinlər...”
Ayətullah Cavadi Amuli dərslərin birində buyurmuşdur: “Biz gərək bu həqiqəti bilək ki, yunanlar fəlsəfənin izah verənləri olublar, onun mənbəyi deyil.
Həzrət İbrahim Xəlilin (ə) bütün bütləri sındırması hadisəsini dərk edən yunan alimləri bu həqiqəti başa düşürlər ki, insan əbədi bir varlıqdır. Belə ki, Əbu Reyhan Biruni öz kitabında yazır ki, Sokrat bu xəbəri eşidən zaman başa düşdü ki, insan əbədi bir varlıqdır və ölüm onu məhv etmir. Öz əqidəsi üzərində qalaraq, zəhər içdi. Ona görə də demək olmaz ki, hər kim Həzrət İbrahimin (ə) yolunu davam edər – Sokrat, ya Aristotel olar. Mövzu budur ki, onların əqidələrinin əsasını səma dinlərinin buyurduğu həqiqətlər təşkil etmişdir. Qurani-Kərim elə bir kitabdır ki, bütün məktəblərə rəhbərlik edir. Quranın bəzi yerlərində oxuyuruq: “Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur”. (“Tövbə” 33). Bu ayə bəyan edir ki, İslam dini – bütün dinlərə qalib gələn bir dindir. Dünyanın şərqi də, qərbi də Quranın hökuməti altında olmalıdır. Əgər Həzrət Sahibəz-Zaman (ə.f) bu gün zühur etsə, alimlərə deyər ki, dini təbliğ etmək üçün filan ölkəyə get. Görəsən alimlərin hamısının təbliğ üçün o cür gücləri vardırmı? Biz gərək başqa ölkələrin kitablarından agah olaq ki, getdiyimiz yerdə sözümüzü eşitsinlər. Şərqə getsən onların dili ilə danışaq, Qərbə getsən onların dili ilə. Bu, daha geniş düşünmək deməkdir. Biz əgər geniş düşünsək, təbliğimiz də geniş olar. Yox, əgər ölkə ilə məhdud olarsa, o zaman əməlimiz ümumi olmaz. Ona görədir ki, həqiqi muntəzir o kəsdir ki, daha geniş düşünər və daha geniş əməllər yerinə yetirər”. (Deyerler.org) Oxşar xəbərlər
|