Yəmənlilərin 70%-dən çoxuna təcili humanitar yardım edilməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi, Yəmən Respublikasında ağır humanitar vəziyyətin olduğunu bildirir. Bu barədə İA məlumat yayıb.
Qırmızı Xaç Komitəsinə görə, “Yəmənlilərin 70%-dən çoxu sağ qalması üçün humanitar yardıma ehtiyac duyur. "Deyerler.org"un ca-irnews-a istinadən verdiyi xəbərə görə, Yəmən sakinlərinin 65%-i (30 milyondan çox insan) aclıq içindədir, 64%-i isə tibb müəssisələrinə müraciət edə bilmir. Xəbərə görə, Yəmənlilərin 58%-nin təmiz içməli suyu yoxdur və Yəməndəki döyüşlər səbəbi ilə çoxları artıq evlərini tərk edib. Qeyd edək ki, Səudiyyə rejiminin Yəmən Respublikasına hücum etməsi Yəməndə ən pis humanitar böhrana səbəb olub. Oxşar xəbərlər
|