Rusiya və Türkiyənin İdlib haqda 3 bəndlik atəşkəs razılığı
İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki. bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
"Danışıqlarımızın nəticəsi olaraq biz birgə sənədi razılaşdırmışıq. Xarici işlər nazirləri sənədin müddəalarını açıqlayacaqlar. Sənəddə bu gün Türkiyə Prezidenti cənab Ərdoğanla 6 saatdan çox davam edən danışıqların gedişində qəbul etdiyimiz qərarlar öz əksini tapıb", - Putin deyib. RİA Novosti sözügedən sənədin müddəalarını açıqlayıb: Üç bənddən ibarət sənəddə deyilir: 1. 6 mart gecə yarısından etibarən mövcud təmas xətti üzrə bütün hərbi əməliyyatları dayandırılsın; 2. Rusiya və Türkiyə Suriyadakı M-4 yolundan 6 kilometr şimala və cənuba təhlükəsizlik koridoru yaradrlar; 3. Rusiya və Türkiyə martın 15-dən M-4 yolu boyu birgə patrula başlayırlar. Oxşar xəbərlər
|