İranda koronavirusdan sağalmış xəstələrin sayı 1669-a çatdı
İranın Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirus (Kovid-19) xəstəliyindən ölənlərin sayının 145-yə yüksəldiyini bildirib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Bürosunun rəhbəri Kiyanuş Cihanpur Tehranda keçirdiyi gündəlik mətbuat brifinqində Kovid-19 hadisələri ilə bağlı son vəziyyəti bölüşüb. Cihanpur virusa yoluxanların sayının 5823-ə, həyatını itirənlərin sayının 145-ə yüksəldiyini bildirib. Son 24 saat ərzində 17 nəfərin koronavirusdan öldüyünü söyləyən Cihanpur, yoluxmuş və sağalmış insanların sayının isə 1669-a çatdığını söyləyib. Oxşar xəbərlər
|