Hizbullahdan ABŞ-a böyük həmlə
ABŞ Xüsusi Qüvvələrində tərcüməçi kimi işləyən Livan əsilli bir qadının Hizbullaha casusluq etməsi ittihamı ilə saxlanıldığı və mühakimə olunduğu bildirilir.
Deyerler.org xəbər verir ki, Vaşinqton Post qəzetindəki xəbərə görə, ABŞ-ın Ərbildə Xüsusi Qüvvələr Əməliyyat Mərkəzində müqavilə əsasında tərcüməçisi işləyən 61 yaşlı Məryəm Taha Tompson fevralın 27-də Ərbildə saxlanılıb. Tompsonun Livanın Hizbullah hərəkatı ilə əlaqəli bir şəxsə ABŞ fəaliyyətlərini ehtiva edən məxfi məlumat verməsi səbəbi ilə FTB tərəfindən saxlanıldığı və daha sonra mühakimə olunması üçün ABŞ-a gətirildiyi bildirilib. FTB-nin istintaqı nəticəsində tərcüməçinin Hizbullah üçün işləyən sözügedən şəxsə, fotoşəkil, şəxslər haqqında məlumatları, SV, yazışmalar və ABŞ üçün çalışan 8 cəsus haqqında məlumatlar göndərdiyi bildirilib. Mövzu ilə bağlı ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada, Tompsonun əsasən gizli razılaşması və müdafiə məlumatlarını başqa bir ölkəyə ötürmək başda olmaqla iki ittihamla üzləşdiyi qeyd olunub. Açıqlamada, Tompsonun məhkəməyə gətirildiyi bildirilsə də, məhkəmə prosesi haqqında heç bir məlumat verilməyib. Qeyd edək ki, ABŞ Xüsusi Qüvvələri Ərbil Beynəlxalq Hava Limanında yerləşir. Oxşar xəbərlər
|