ABŞ təyyarələri Kərbəla beynəlxalq hava limanını bombalayıb
Mьəllif: admin1
Tarix: 13-03-2020, 20:22
Bцlmə: Xəbərlər
ABŞ təyyarələri Kərbəla beynəlxalq hava limanını bombalayıb
Ötən gecə ABŞ qüvvələri İraq Hərbi Qüvvlərinə məxsus müxtəlif obyektlərə 10-a yaxın zərbə endirib.

Maide.Az İSNA-a istinadla xəbər verir ki, ABŞ qüvvələrinin bombaladığı obyektlər arasında Kərbəla şəhərində tikilməkdə olan beynəlxalq hava limanına mxusu bina da olub.
Məlumata görə, hücum nəticəsində hava limanının tikintisinə çalışan bir işçi şəhid olub.

Qeyd olunur ki, ABŞ qüvvələrinin İraq Hərbi Qüvvələrinə məxsus obyektləri bombalaması nəticəsində ümumilikdə İraq ordusundan 1 əsgər, 2 İraqlı polis, 1 siravi vətəndaş həyatını itirib. Eləcə də hücum nəticəsində Həşdi Şəbi qüvvələrindən 4 nəfər, 3 İraq polisi və 3 əsgər yaralanıb.

Qeyd edək ki, ABŞ bu hücumu iki gün öncə axşam ABŞ hərbçilərinin yerləşdiyi Taci hərbi bazasının “Katyuşa” ilə vurulmasına cavab olduğunu bildirib. Həmin hücumda 3 ABŞ və 1 İngiltərə hərbçisi ölmüşdü.

Xatırladaq ki, ötən ilin axırlarında da ABŞ-ın İraqdakı K1 hərbi bazası bombalanmış və 1 nəfər ABŞ hərbçisi həyatını itirmişdi. Buna cavab olaraq ABŞ Kətaib Hizbullahın düşərgəsini bombalayaraq 30 nəfər mücahidi qətlə yetirmişdi. Sonra məlum oldu ki, K1 hərbi bazası Kərkükün İŞİD nəzarətində olan bölgəsindən atılan raketlərlə vurululubmuş.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031