İran ABŞ-a nota göndərdi
Mьəllif: admin1
Tarix: 14-03-2020, 22:13
Bцlmə: Xəbərlər
İran ABŞ-a nota göndərdi
İran İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazaya təşkil edilən raket hücumları ilə əlaqədar ittihamları rədd edərək, ABŞ-ın İrandakı diplomatik vəzifələrini icra edən İsveçrənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, İran XİN-dən verilən açıqlamaya görə, İsveçrənin Tehrandakı səfiri Markus Leitnerə, ABŞ-a çatdırılmaq üzrə etiraz notası verilib.

ABŞ və koalisiya qüvvələrinin İraqda yerləşdiyi Bağdaddakı Taci hərbi bazasına raket hücumlarından sonra, İrana qarşı ittihamların əsassız olduğu qeyd olunub.

Səfir Leitnerə ABŞ-ın İrana qarşı hər hansı bir hesablanmamış təşəbbüsünün nəticələrinin ağır olacağı ilə bağlı xəbərdarlıq edilib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031