Seyid Nəsrullah: Özümüzü koronavirusla müharibənin ortasında görməliyik-GENİŞ
Mьəllif: admin1
Tarix: 14-03-2020, 22:25
Bцlmə: Xəbərlər
Seyid Nəsrullah: Özümüzü koronavirusla müharibənin ortasında görməliyik-GENİŞ
İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının lideri Seyid Həsən Nəsrullah bölgə və beynəlxalq aləmdəki gündəmlə bağlı çıxış edib.

Nəsrullah çıxışının əvvəlində koronavirusun dünyanın ilk narahatlığı olduğunu qeyd edərək “Özümüzü koronavirus ilə müharibənin ortasında görməliyik, çünki bu bir şəhər ya da kəndin müharibəsi deyil, qlobal bir müharibədir və ölkələr, millətlər bununla mübarizə etməkdədir. Bu şərtlərdə bütün əsas məsuliyyət hökümətlərin və millətin üzərindədir.”, -deyə qeyd edib.

Hizbullah lideri sözlərinin davamında deyib: “Bu müharibədə düşmənlər və hədəf alınan şəxslər var. Bu müharibədə hədəf alınmayanlar da düşmənlərlə mübarizə etməlidirlər. Koronavirus haqqında naməlum olan şey, bunun birçox yönünün hələ də naməlum olmaqdır və analiz edilməsi lazımdır.

Bu düşmənə və virusa məğlub olmamalıyıq, bizim bu müharibədəki seçimimiz qlobal bir vəba halına gələn düşmən qarşısında müqavimətdir və buna təslim olmamalı, ümidsizliyə və təmbəlliyə qapılmamalıyıq. Livanda, hökümətdən Livan vətəndaşlarına və suriyalı qaçqınlara qədər hər kəs vəzifə və məsuliyyətlərini yerinə yetirməlidir.

Burada səhiyyə sektorunun vəzifəsi önəmlidir, çünki koronavirus ilə mübarizənin ön cərgəsində yer almaqdadır. Son müharibənin səbəbi, koronavirusun yayılmasını dayandırmaq və tam müalicə üsulu tapılana qədər bu virusun insani və iqtisadi ziyanını və zərərini azaltmaqdır.

Təhlükəsizlik tədbirləri, bu şərtlərə düzgün bir seçimdir. Livan vətəndaşları əllərindən gəldiyi qədər koronavirusun yayılmasının qarşısını almaq üçün təyin olunan qaydalara əməl etməlidirlər. Bu nöqtədə, ehtiyacımız olan şey, bu müharibədə işbirliyi içində olmaq və əxlaqi bir psixoloji ilə Covid-19 ilə mübarizə etməkdir.

Bu müharibədə heç kəsin tənqid dili ilə danışması mövzusunda hər hansı bir əngəl yoxdur, ancaq nifrət və kinə yol açan dili istifadə etməkdən çəkinmək lazımdır. Çünki insani bir müharibədə qarşı-qarşıyayıq və biz bu müharibədəki dini, şəri, əxlaqi və milli vəzifələrimizi yerinə yetirməliyik.

Koronavirus ilə bağlı qaydalar və təlimatlar müstəhəb deyil, şəri olaraq vacibdir və əməl olunmalıdır. Bu virusa qalib olmaq üçün bütün təlimatlara ən incə detallarına qədər əməl olunmalıdır.”

Nəsrullah həyatını və ailəsini qorumaq hər insanın dini vəzifəsi olduğunu və bu vəzifəyə əməl etməyənlərin böyük günahla üz-üzə olduğunu qeyd edib.

“Koronavirusa qarşı müabrizədə şəffaflıq və dürüstlük lazımdır. Koronavirusa yoluxduğunu hiss edən və əlamətlərini görən hər kəs həqiqəti deməli və ya xəstəxanaya getməklə müalicəyə, karantinə başlamalıdır.”, -deyə Hizbullah lideri əlavə edib.

Seyid Nəsrullah Qumda mərcəi təqlid müctehidlərindən birinin fətvasına işarə edərək sözlərinə belə davam edib: “Kim koronavirusu başqalarına yoluxdursa və virusa yoluxan şəxs ölsə, o şəxsin qan bahasını ödəməlidir. Bu səbəblə bu mövzuda heç bir halda yalan deyilməməli və həqiqət inkar olunmamamlıdır.”

Hizbullah lideri ABŞ və İngiltərənin bu haqda şəffaf olmadıqlarını da bildirib.

O “Tramp və İngiltərə rəsmiləri koronavirus statistikasını açıqlama mövzusunda şəffaf deyillər. Hətta koronavirusu önəmsiz göstərmək istəyirlər.”, -deyə əlavə edib.

Nəsrullah koronavirusla bağlı ən böyük yalançının Tramp olduğunu deyərək sözlərinə belə davam edib: “Koronavirus müharibəsindəki ən böyük yalançı Tramp və komandasıdır.”

Hizbullah lideri çıxışı zamanı ABŞ-ın İrana koronavirusla bağlı yardım təklifinə də işarə edərək “Amerikanın yardımına İran xalqının ehtiyacı yoxdur. Amerikanın etməli olduğu şey, sanksiyaları ləğv etməkdir.”, -deyə bildirib.

Ərəb mediasının İranı koronavirusla bağlı tənqid etmələrini rəzillik adlandıran Hizbullah lideri bu ölkələrin çoxunun koronavirusa yoluxma sayının çox olduğunu önə çəkib.

Hizbullahın hökümətə dəstək verəcəyini qeyd edən Nəsrullah “İran və Çindən ABŞ-ya qədər ölkələrin koronavirus ilə mübarizə metodlarından istifadə edən Hizbullah, koronavirus ilə mübarizə üçün bütün imkanlarını, xəstəxanalarını, həkimlərini, bütün insane gücünü, bazalarını hökümətə və Səhiyyə nazirliyinə təqdim etməyə hazırdır.

Livan höküməti koronavirusa qarşı mübarizəni aparan qurumdur, əgər fövqəladə hal elan etmə zamanının gəldiyini açıqlasa, bu onların səlahiyyətindədir.”, - deyə qeyd edib.

Seyid Həsən Nəsrullah çıxışının başqa bir yerində koronavirusa qarşı müharibənin səbr, ümid, əzm və nəzarət lazım olduğunu, Allaha olan onancın bu müharibədə böyük silah sayıldığını deyib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031