Bu həqiqət olsa dünyanın Trampa nifrəti iki qat artacaq
İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə AFR hökumətindəki mənbəyə istinadən "Welt am Sonntag" nəşri yazıb.
Nəşrin yazdığına görə, söhbət Tübingendə yerləşən "CureVac" firmasından gedir. Guya Tramp ya onları ABŞ-a dəvət etmək, ya da vaksini eksklüziv olaraq öz ölkəsi üçün almağa görə alimlərə külli miqdarda pul təklif edir. "Ancaq yalnız ABŞ üçün", - hökumətdəki mənbə dəqiqləşdirib. Bu isə "Welt am Sonntag"ın fikrincə, Amerika Birləşmiş Ştatları ilə Almaniya arasında birbaşa olmasa da, hiss olunan mübahisə yaradıb. Çünki Almaniya "CureVac"ın vaksini AFR-də hazırlamasını istəyir. Qeyd olunur ki, firma vaksinin hazırlanmasını Almaniyanın Paul Erlix Federal İnstitutu ilə birlikdə reallaşdırır. "Federal hökumət yeni koronavirus dərman və vaksininin Almaniya və Avropada da hazırlanmasında çox maraqlıdır. Buna görə hökumət "CureVac" şirkəti ilə intensiv təmasdadır", - AFR-in Səhiyyə Nazirliyinin nümayəndəsi deyib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni COVID-19 koronavirusu epidemiyasını pandemiya adlandırıb. Dünyada 135 ölkədə 142 mindən çox adam bu virusa yoluxub, çoxu sağalsa da, 5,3 mindən çox adam ölüb. Oxşar xəbərlər
|