Gürcüstan Rusiya ilə sərhədi bağlayır
Koronavirusun yayılmasının qarşısının alınması məqsədiylə Gürcüstan höküməti Rusiya ilə gediş-gəlişi müvəqqəti olaraq məhdudlaşdırmaq barədə qərar qəbul edib.
Bu barədə baş nazirin mətbuat xidməti bəyanat yayır. Bildirilir ki, koronavirusa görə, 16 mart tarixindən etibarən iki ölkə arasında gediş-gəliş məhdudlaşdırılacaq. Məlumatda qeyd edilir ki, gediş-gəlişin məhdudlaşdırılması barədə baş nazirin Rusiyayla əlaqələr üzrə xüsusi nümayəndəsi, Zviad Abaşidze və Rusiya trəfinin nümayəndəsi, Qriqor Karasin arasında telefon danışığı baş tutub və qərar verilib. Qərar öz ölkələrinə qayıtmaq istəyən Rusiya və Gürcüstan vətəndaşlarına, həmçinin yük daşımalara şamil edilməyəcək. Məhdudiyyətlərin nə qədər davam edəcəyi isə hələlik açıqlanmır. (24News.ge) Oxşar xəbərlər
|