İran koronavirus xəstələrinin xəstəxanada qalma müddətini 4 günə salan dərman hazırladı
İranda koronavirusla mübarizə aparan elm komitəsinin üzvü Mustafa Qanei yerli mütəxəssislərin koronavirus (Kovid 19) xəstələrinin ağciyər infeksiyalarını müalicə etmək üçün bir dərman hazırladığını söyləyib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Qanei bu dərmanın 3 dərmanın birləşməsi ilə əldə edildiyini və koronavirusa yoluxmuş xəstələrin xəstəxanada yatma müddətini 4 günə endirdiyini bildirib. Koronavirus xəstələrində ağciyər narahatlığının onların İCU (reanimasiya və intensiv terapiya) şöbəsində qalmalarına və hətta vəfatlarına səbəb olduğunu qeyd edən Qanei, bu dərmanı alan koronavirus xəstələrinin 40%-nin xəstəxanada 4 gün qalmadan xəstəxanadan buraxıldıqlarını söyləyib. Bu üsulun virusun müalicəsi olmadığını vurğulayan Qanei, bunun koronavirus xəstələrində müşahidə olunan ağciyər problemində istifadə ediləcəyini söyləyib. Qanei bu üsulla təkcə ağciyər infeksiyasının qısa müddətdə müalicə edildiyini və bununla xəstənin qısa müddətdə xəstəxanadan buraxılmasının təmin edildiyini vurğulayıb. Oxşar xəbərlər
|