Rusiya koronovirusa qarşı dərman hazırladı
Rusiya Federal Biomedika Agentliyi (FMBA) yeni növ koronavirusu müalicə edəcək dərmanın hazırlandığını açıqlayıb.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən verilən açıqlamada, FMBA-nın KOVİD-19-u müalicə etmək üçün qızdırmaya qarşı istifadə edilən Meflokin əsaslı yeni dərmanı tanıtdığı bildirilib: “Rusiya FMBA-ya məxsus “Farmzashchita” Araşdırma və İstehsalat Mərkəzi, Çin və Fransanın təcrübələrini nəzərə alaraq, malyariyaya qarşı istifadə edilən Meflokin dərmanı əsasında koronavirus infeksiyasının müalicə sxemini hazırladı”. Bəyanatda araşdırmaların Rusiya Səhiyyə Nazirliyinin koronavirus müalicəsi təlimatına daxil edilməsi təklif olunaraq, FMBA-ın prezidenti Veronika Skvortsovanın bunları dediyi qeyd olunub: “Yüksək selektivliyə malik olan dərman, koronavirusun hüceyrə quruluşunda sitopatik təsirini blok edir və onun yayılmasının (kopyalanmasının) qarşısını alır, Meflokinin immunosupressiv təsiri virusun yaratdığı iltihab reaksiyasının aktivləşməsinə mane olur. Makrolid antibiotikləri və sintetik penisilinləri əlavə etməklə təkcə bakterial-virus sindromun yaranmasına mane olmur, həm də qan plazmasında və ağciyərdə antivirus maddələrin konsentrasiyasını artırır. Bu müxtəlif ağırlıqdakı koronavirus infeksiyası olan xəstələr üçün effektiv bir müalicə təmin edəcək”. Oxşar xəbərlər
|