İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Mьəllif: admin1
Tarix: 28-03-2020, 22:26
Bцlmə: Xəbərlər
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
İslamazeri.com Trend-ə istinadən məlumatına görə, bunu İranın Təhsil, Mədəniyyət və Araşdırma Akademik Mərkəzinin (Academic Center for Education, Culture and Research) direktor müavini Məhəmməd Rza Purabedi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda koronavirus diaqnozu testlərinin çatışmazlığını nəzərə alaraq mərkəzin nəzdində fəaliyyət göstərən İranın Bioloji Ehtiyatlar Mərkəzi (Iranian Biological Resource Center ) və Motəmed İnstitutu (Motamed Cancer Institute) araşdırmalara başlamışdılar.

Purabedi əlavə edib ki, Motəmed İnstitutunun hazırladığı testlər istehsal olunur və Bioloji Ehtiyatlar Mərkəzinin testləri sınaq mərhələsindən keçib. Lazımi lisenziyalar alındıqdan sonra onun da istehsalına başlanacaq.

Qeyd edək ki, İran yeni koronavirusun diaqnozu testinin "COVIMED" adı altında istehsal olunduğunu bildirib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031