Gürcüstanın bütün ərazisində elan edilən KARANTİN qaydaları
Sabah səhər saat 08:00-dan etibarən Gürüstanın bütün ərazisində karantin rejimi qüvvəyə minəcək.
24News.ge sizlərə karantin haqqında qəbul edilmiş qaydaları təqdim edir: 1) Sabah səhər, 08:00-dan etibarən istənilən növ ictimai nəqliyyat vasitəsilə hərəkət qadağan edilir. Minik avtomobili və ya taksi ilə hərəkət mümkün olacaq və bu zaman avtomobildə sadəcə 3 nəfər olmaq şərtilə və sürücüdən əlavə iki şəxs arxada oturmalıdır: 2) Üç nəfərdən artıq insanın bir yerə toplaşması məhdudlaşdırılır: 3) Mağazalarada insanlar arasında 2 metr məsafə qorunmalıdır: 4) 70 yaşdan yuxarı vətəndaşların evdən çıxmaları qadağan edilir. Onlar sadəcə mağazaya, əczaxanaya və ya xəstəxanaya gedə bilərlər: 5) Saat 21:00-dan etibarən səhər saat 06:00-dək istənilən növ hərəkət məhtudlaşdırılır və komendant saatı elan edilir: 6) Bu qaydaların qorunmasına nəzarət üçün məntəqlər yaradılacaq və Daxili İşlər Nazirliyi həmçinin müdafiə dəstələri nəzarət edəcəklər: 7) Hər bir vətəndaş evdən çıxdığı anda üzərində şəxsiyyət vəsiqəsi daşımalıdır. Oxşar xəbərlər
|