Ayətullah Vəhid Xorasanidən koronavirusla bağlı tövsiyələr
İslamazeri.com "Fars" agentliyinə istinadən xəbər verir ki, böyük mərcəi təqlidlərdən olan Ayətullah Vəhid Xorasani koronavirus pandemiyası dövründə insanları Allahla ünsiyyətinə diqqət etməli olduğunu bildirib.
Ayətullah Xorasaninin tələbəsi onun tövsiyələrinin sülasəsini açıqlayıb. Bu tövsiyələri diqqətinizə çatdırırıq: Bütün İlahi müqəddəratın xas hikmətlərlə bərabər olduğunu qəbul edək. Həkimlərin və mütəxəssislərin tibbi və gigiyenik tövsiyələrinə əməl edək. Məsum imamların və övliyaların, həmçinin alimlərin bu durumlarda vəzifə etdiyi işləri öyrənək. Hər gün əlimizi ürəyimizə qoyub 7 dəfə Fatihə surəsini oxuyaq. (Bismilləhir-rahmənir-rahim Əlhəmdu lilləhi Rabbil-aləmin Ər-Rahmanir-Rahim. Məliki yəvmid-din İyyəkə nə`budu və iyyəkə nəstəin İhdinəs siratəl-mustəqim Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin.) Hər gün Ayətəl Kürsü ayələrini qiraət edək. "Bismillahir rəhmanir rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə`xuzuhu sinətun vəla nəvmun, ləhu ma fis səmavati vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyin min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərzi və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim. (Bəqərə - 255) La ikrahə fid-dini, qəd tabəyyənər-ruşdu minəl-ğəyyi, fəmən yəkfur bit-tağuti və yu`min billahi, fəqədistəmsəkə bil-urvətil-vusqa lənfisamə ləha, vəllahu səmiun əlim. (Bəqərə - 256) Əllahu vəliyyulləzinə amənu yuxricuhum-minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağut, yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun" Tez-tez Bismillah deməklə yanaşı, "La Hovla və la Qüvvətə İlla Billahil Əliyyil Əzim" zikrini deyək. Tez-tez və çoxlu istiğfar (Əstəğfirullahə və Ətubu İləyh) və tövbə ziklərini deyək və məsum imamlara salavat (Allahummə Səlli Əla Muhəmmədin və Ali Muhəmməd) göndərək. Səhifeyi Səccadiyənin yeddinci və səkkizincu dualarını və ayrıca təvəssül dualarını oxuyaq. Oxşar xəbərlər
|