ABŞ İrana qarşı sanksiyaları yenilədi
ABŞ Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus İranın nüvə proqramına qoyulan məhdudiyyətlərə 60 gün əlavə edildiyini açıqlayıb.
Qərara dair yazılı açıqlama verən Ortaqus bildirib ki, İran nüvə fəaliyyətini davam etdirməyə və genişləndirməyə davam edir, bu yolverilməzdir: "İranın nüvə proqramı beynəlxalq sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. Prezident Tramp bu ilin əvvəlində söylədiyi kimi, İrana nüvə silahına sahib olmaq üçün heç vaxt icazə verilməyəcək". Qeyd edək ki, İran dövlət rəsmiləri dəfələrlə öz açıqlamalarında bildiriblər ki, İran nüvə silaına sahib olmaq istəmir. (eastnews.org) Oxşar xəbərlər
|