İranın Səhiyyə Nazirliyi: “Son 24 saatda 817 nəfər koronavirusdan sağaldı”
İranın Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirus (KOVİD-19) xəstəliyindən daha 138-nəfərin öldüyünü açıqlayıb.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Bürosunun rəhbəri Kiyanuş Cihanpur Tehrandakı keçirdiyi gündəlik mətbuat brifinqində KOVİD-19 hadisələri ilə bağlı son vəziyyəti çatdırıb. Cihanpur virusa yoluxanların sayının 2987 nəfər artaraq 47593 nəfərə, həyatını itirənlərin sayının 3036 nəfərə yüksəldiyini bildirib. Son 24 saat ərzində 817 nəfərin sağaldığını söyləyən Cihanpur, yoluxmuş və sağalmış insanların sayının isə 15473 nəfərə çatdığını söyləyib. Oxşar xəbərlər
|