Gürcüstanda koronavirusa 233 yoluxma halı təsdiqlənib
“Hazırda Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 233 təşkil edir”.
Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib. O deyib ki, Ermənistan və Türkiyədə COVID-19 infeksiyasına yoluxan üç Gürcüstan vətəndaşı müalicə üçün vətənə gətirilib. Qeyd edək ki, ölkədə virusa yoluxanların 54-ü sağalıb, 3-ü isə ölüb. Hazırda karantində 4 672, stasionar nəzarətdə isə 373 nəfər saxlanılır. (24News.ge) Oxşar xəbərlər
|