İran normal həyata dönür
İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, İranda təxminən bir aydan sonra bir sıra müəssisə və qurum yenidən açılıb. Ölkədə yeni tip korona virusuyla (Covid-19) əlaqadar tətbiq edilən məhdudiyyətlər tədricən aradan qaldırılır.
Prezident Həsən Ruhaninin sağlıq qaydalarına riayət etməklə müəssisələrin fəaliyyətlərini bərpaetmə göstərişi və Ağıllı Sosial Məsafələr Planına əsasən, aprelin 11-dən əyalətlərdə az riskli qurum və müəssisələr fəaliyyətə başlayıb. Paytaxt Tehranda isə iş yerləri aprelin 18-dən açılacaq. İran Ticarət Palatası bir neçə gün əvvəl az və çox riskli iş yerlərinin adlarını açıqlayıb. Qərara əsasən, ticarət mərkəzləri, qapalı bazarlar, restoranlar, kafe, üzgüçülük hovuzları, saunalar və gözəllik salonları kimi müəssisələr yüksək risk qrupuna aid edilib və açılmasına hələ icazə verilməyib. Qeyd edək ki, fevralın 19-da İranda “Covid-19”a ilk yoluxma halı aşkarlandıqdan sonra insanların səyahətini məhdudlaşdırmaq üçün böyük şəhərlərin girişlərində nəzarət məntəqələri yaradılmışdı. Martın 25-dən isə qadağa genişlənmiş və əyalətlərdən gediş-gəliş yasaqlanmışdı. Bütün dünyada olduğu kimi, ibtidai və orta məktəblər, sonradan universitetlərdə təhsilə iki həftə fasilə verilmiş, bazarlar, çörək mağazaları və apteklərdən başqa, ticarət obyektləri aprelin 8-dək bağlanmışdı. Ölkədəki karantin müddətinin əyalətlərdə aprelin 11-i, paytaxtda isə 18-inə qədər uzadıldığı elan edilmişdi. Xatırladaq ki, İran dövlət qurumlarında çalışan məmurların iş saatı 07.00-14.00 arasıdır. Oxşar xəbərlər
|