Ayətullah Məkarim Şirazi koronavirus və Ramazan ayı barədə fətva verdi
İranda tanınmış mərcəyi təqlid Ayətullah Nasir Məkarim Şirazi, koronavirusun yayılması zamanı Ramazan orucu ilə bağlı fikirlərini açıqlayıb.
Ayətullah Məkarim Şiraziyə mövzu ilə bağlı verlən sual belədir: Bədənin immunitet sistemini qaldırmaq infeksiyaya yoluxmamaqda və bu xəstəliyin müalicəsində də vacibdir. Digər tərəfdən, həkimlər gün ərzində tez-tez mayelər içməyi məsləhət görürlər. Bu vəziyyətdə müqəddəs Ramazan ayında oruc tutmaq insanların və tibb işçilərinin borcudur? Ayətullah Məkarim Şirazi suala cavab olaraq bildirib ki, insan bu səbəbdən orucunu poza bilməz və mütləq Ramazan ayında oruc tutmalıdır. Əlbəttə gün ərzində bədənin zəifləməsinin qarşısını almaq üçün iftar və imsaq vaxtı güclü qidalardan istifadə edə bilər. Amma o şəxs ki, əmindir oruc tutmaq ona ziyandır, orucunu dayandırmalıdır. Oruc tutması düzgün deyil. Bundan əlavə orucun ona ziyanı olub-olmamasından əmin deyilsə, lakin orucun onun üçün zərərli olmasına əhəmiyyətli bir ehtimalı var, istər şəxsi təcrübə, istərsə də həkimin ifadəsi ilə oruc tutmaq düzgün deyil. (eastnews.org) Oxşar xəbərlər
|