Hindistanda koronavirus bəhanəsi ilə müsəlmanlara hücum şiddətlənib
Hindistanda yeni növ koronavirus (Kovid-19) epidemiyası sürətlə yayılsa da, müsəlmanlar günahkar kimi seçilib.
Maide.Az xəbər verir ki, Yeni Dehlidə yaşayan 28 yaşlı ərəb gənc M.D, "Yeni Şafak" qəzetinə Hindistanda müsəlmanların başına açılan oyunlardan danışıb. M.D. müsəlmanlara qarşı təzyiqin yeni olmadığını, lakin karantin müddətində hər şeyin getdikcə ağırlaşdığını söyləyib. Müsəlman gənc, “heç bir səbəb olmadığı halda, son həftələrdə bir məscid yandırdılar. Ancaq Yeni Dehlidə İndoneziyadan gələn müsəlmanların testlərinin cavabının pozitiv çıxdığını iddia etdilər. Onlarla görüşən hər kəsi həbs etdilər və işgəncə verdilər. Koronavirusu ölkəyə müsəlmanların gətirdiyini söylədilər. Ancaq bu müddətdə bir çox insan, o cümlədən müsəlmanlar illik yığıncaqlarını keçirirdilər. Həmin vaxt heç bir qadağa yox idi", deyərək, Hindistanda müsəlmanlara qarşı irqçiliyin təhlükəli həddini göstərib. Ölkədə yaşayan bütün müsəlmanların həyatının hər an təhlükə altında olduğunu deyən M.D., "səni sevməyən bir hindu qonşun gedib səlahiyyətlilərə sənin koronavirus olduğunu söyləsə, sonun çatıb deməkdir. Dərhal həbs olunursunuz və test edilmirsiniz. Səndən heç nə soruşmurlar da. Sizə qeyri-insani rəftar göstərirlər. Buna qarşı haqqınızı müdafiə edəcək bir nəfər də tapa bilməzsiniz", söyləyib. M.D, sosial şəbəkələrdə "coronajihad" etiketi altında müsəlmanlara qarşı nifrət kampaniyası başlaması barədə belə deyir: ""Hindistanı müsəlmanlardan təmizləyin" və "Kovid-19 epidemiyasının daşıyıcısı" kimi ifadələrdən istifadə edirlər. İslama qarşı ağır təhqirlər olan məqalələr minlərlə hesabdan paylaşılır. Hökumət onlara qarşı heç bir addım atmır. Ancaq həqiqəti söyləmək istəyən bir müsəlmanın hesabı gizli olsa da, onu tapıb həbs edirlər. Dünyanın onların əməllərindən xəbər tutmasını istəmirlər." Hind millətçilərinin ölkəni tamamilə müsəlmanlardan təmizləmək istədiklərini deyən M.D sözlərini belə davam etdirir: “Bu nifrətin dozası günü-gündən artır. Əvvəllər mövcud idi, amma indi, xüsusən kasıb müsəlmanların yaşamaq şansı yoxdur. Bacım təhsili başa vurduqdan sonra getdiyi bütün iş görüşmələrində hicabını çıxarmasını istədilər. Bununla kifayətlənmirlər, özləri kimi bütə sitayiş mərasimlərində iştirak etməli olduqlarını da deyirlər. Nifrət hökumətyönlü televiziya kanallarında da artıb. Müsəlmanların epidemiyanı yaydığını göstərən saxta görüntülər verirlər. Bu cür hekayələrin saxta olduğunu göstərmək isə heç nəyə yaramır." Oxşar xəbərlər
|