İtaliyada epidemiyadan qurtulmaq üçün Quran oxuduldu
Dünyada koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan İtaliyanın Karpi şəhərində “Epidemiyaya qarşı dua edirik” tədbiri təşkil olunub.
Deyerler.org xəbər verir ki, Kapridə müxtəlif dinləri təmsil edən ruhanilər epidemiyadan qurtulmaq və insanların əhval-ruhiyyəsini artırmaq üçün bir yerə toplaşıblar. Şəhərin şəhidlər meydanı kimi tanınan Martiri meydanında keçirilən dua mərasiminə İtaliyanın Karpi şəhərinin meri Alberto Bellelli də qatılıb. Alberto Bellelli mərasimdə etdiyi çıxışında bunları deyib: “Bu gün epidemiyanın bizi məcbur etdiyi ağrılı təcrübələri yaşayırıq. Dini və mədəni həssaslığa sahib bir cəmiyyətlə dua edirik. Həftələrlə bu dəhşətli virusa qarşı əlindən gələni edən bütün işçilərə “tək deyilsiniz” deyirik”. Virusdan dünyasını dəyişənləri anmaq və epidemiyanın ən qısa vaxtda dayandırılacağına ümid etmək üçün Karpi şəhərinin Martiri meydanında yerləşən Saat qülləsinin qarşısında keçirilən tədbirə qatılan məscid imamı Mourad Səlmi, “Ali İmran” surəsini oxuyaraq, epidemiyanın aradan getməsi üçün dualar edib. “Biz müsəlmanlar bu sevimli diyarın ayrılmaz bir hissəsiyik, bu xəstəliklə bağlı Allaha dua edirik”, - deyə Moured Səlmi bildirib. Oxşar xəbərlər
|