İraqda mərcəiyyət xarici qüvvələrin ölkədən çıxma vaxtının müəyyənləşməsini istəyir
İraq parlamentindəki Bədr fraksiyasının sədri Həsən Şakir Əl-Kəəbi mərcəiyyətin xarici qüvvələrin ölkəni tərk etməsi vaxtının müəyyən olunmasına vurğu etdiyini qeyd edib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, mərcəiyyətin hökumətin gündəmində olması lazım olan mühüm mövzuları təyin etdiyini xatırladan Əl-Kəəbi, bu məsələlərdən birinin xarici qüvvələrin İraqdan çıxması vaxtının müəyyənləşdirilməsi olduğunu bildirib. Bədr fraksiyasının sədri mərcəiyyətin üzərində dayandığı digər mövzulardan birinin hökumətin ləyaqətini yenidən bərpa etməsi, lazım olan islahatın aparılması və 2020-ci il büdcəsinin təsdiq edilməsi və İraqda təhlükəsizliyin möhkəmlənməsi olduğunu qeyd edib. İraqda yeni hökumətin formalaşması məsələsində də toxunan Əl-Kəəbi, İraqın müxtəlif bölgələrinə mənsub olan bəzi fraksiyaların hökumətə siyasi tərəfdaş olmaq istədiklərini söyləyib. Bu arada, bəzi qaynaqları Mustafa Əl-Kazıminin kabinetini yaxın vaxtlarda açıqlayacağını bildirir. Oxşar xəbərlər
|