Rusiya vətəndaşlığını xarici vətəndaşlıqdan imtina etmədən almaq olar
Rusiya Prezidenti Vladimir Putin əcnəbilərə malik olduqları vətəndaşlıqdan imtina etmədən Rusiya vətəndaşlığı üçün müraciət etmə hüququ verən qanun imzalayıb.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında yerləşdirilib. Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək. Sənəd həmçinin Rusiya vətəndaşı ilə nikahda olanlar üçün mövcud xarici vətəndaşlıqından imtinanı qeyri-icbari edir. Belə şəxslər əvvəlki kimi 3 illik yox, cəmi 1 illik birgə yaşayışdan sonra vətəndaşlığı sasdələşdirilmiş formada alacaqlar. SSRİ-nin sabiq respublikalarında doğulmuş, lakin onların vətəndaşlığını almamış şəxslər üçün Rusiyada məcburi üç illik qalma və qanuni gəlir mənbəyinin təsdiqlənməsi tələbləri götürülüb. Eyni qaydalar valideynlərindən azı biri Rusiya vətəndaşı olan əcnəbi vətəndaşlara da şamil ediləcək. Oxşar xəbərlər
|