Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei mücahid və inqilabçı alim mərhum Hacı Şeyx İbrahim Əmininin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Təqvalı və mücahid alim mərhum Ayətullah cənab Hacı Şeyx İbrahim Əmininin (rə) vəfatı münasibətilə Qum Elmi hövzəsinə, o mərhumun qələmindən bəhrələnən və onu sevən, xüsusi ilə yaxınlarına, ailəsinə və şagirdlərinə başsağlığı deyirəm. Bu böyük alimin ömrü elm və İslam Maarifinin öyrənilməsi, yayılması, eləcə də siyasi və ictimai fəaliyyəti İslam Respublikasında rəsmi vəzifələrdə fəaal iştirakı ilə keçib. O mərhum İmam cümə olmaqla yanaşı Məsləhət Şurasının və Xobreqan Məclisinin (Ekspertlər Şurasının) üzvi olub. Necə ki, o cənabın təqvası və maddi cazibələrə etinasızlığı gözə çarpan bir nümunəni təcəssüm etdirmişdir. Uca Yaradandan bu sədaqətli və inqilabçı ruhani üçün rəhmətini və ən yüksək dərəcələri verməsini diləyirəm!" Qeyd edək ki, Ayətullah Əmini ötən gün 95 yaşında vəfat edib. Oxşar xəbərlər
|