Qırmızı Xaç: “Yəmənlilərin yarıdan çoxunun içməli suyu yoxdur”
Mьəllif: admin1
Tarix: 1-05-2020, 10:24
Bцlmə: Xəbərlər
Qırmızı Xaç: “Yəmənlilərin yarıdan çoxunun içməli suyu yoxdur”
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məruzəsinə görə, koronavirus pandemiyası ilə mübarizə istiqamətində beynəlxalq səylər çərçivəsində, Yəmən sakinlərinin yarıdan çoxunun içməli su əldə etmək imkanı yoxdur.

BQXK öz "Tvitter" səhifəsində, Yəməndəki 29 milyon insandan 17 milyondan çoxunun içməli su əldə etməkdən məhrum olduğunu yazıb.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, beynəlxalq təşkilat, xüsusilə bu ölkədə koronavirusun yayılması təhlükəsini nəzərə alaraq, Yəmən sakinləri üçün su təminatının vacibliyini qeyd edərək, hər zamankindən daha çox ehtiyac olduğunu bildirib.

Səudiyyə rejiminin koalisiyasının Yəmənə qarşı hərbi təcavüzü səbəbindən bu ölkədə sanitar-gigiyenik vəziyyət pisləşdi, bu da bir çox yardım təşkilatının dəfələrlə Yəməndə koronavirusun yayılması və digər yoluxucu xəstəliklərin, o cümlədən malyariyanın ağır nəticələri barədə xəbərdarlığına səbəb olub.

Səudiyyə rejiminin ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlərin dəstəyi ilə Yəmənə qarşı etdiyi hərbi təcavüz 6 ildir ki davam edir.

Hərbi müdaxilə nəticəsində on minlərlə insan ölüb, milyonlarla insan evsiz qalıb, ölkədə kəskin qida və dərman qıtlığı yaranıb. Buna baxmayaraq, Səud rejimi Yəmən xalqının iradəsini sındıra bilməyib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031