Səudiyyə rejimi seriallarla İsrail rejimini təbliğ edir
Mьəllif: admin1
Tarix: 3-05-2020, 17:22
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi seriallarla İsrail rejimini təbliğ edir
Səudiyyə rejiminin MBC1 televiziyasında efirə gedən “Mahrac 7” və “Ümmü Harun” adlı seriallarda, 'rəb ölkələri ilə İsrail rejimi arasındakı əlaqələrin yaxşılaşdırılması üçün fələstinlilərin pisləndiyi və tarixi faktların təhrif olunduğu bildirilir.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, sözü gedən serial bir çox ərəb ölkələrinin, xüsusən də Fələstindən olan sosial şəbəkə istifadəçilərinin əks reaksiyasına səbəb olsa da, səhmlərin çoxunun Səudiyyə rejiminə məxsus olduğu MBC Media qrupuna bağlı olan kanalın boykot edilməsi çağırışları edilir.

Səudiyyə rejimindən komediyaçı Nasir Əl-Kasıbinin baş rolda çəkildiyi “Mahrac 7” adlı serialın hər hissəsində fərqli bir mövzuya toxunulur və serialın üçüncü hissəsində İsrail rejimi ilə əlaqələrə yer verilir.

Serialda ata rolundakı Kasıbinin qızının İsrail rejiminin işğalı altında olan torpaqda yaşayan yəhudi bir uşaqla internet üzərindən oyun oynamasına reaksiya verməsindən sonra yaşanan dialoqlar diqqətə səbəb olub.

Səudiyyə rejiminin aktyoru Raşid Əş-Şamrani tərəfindən canlandırılan xarakter, “İstəyirsən bəyən və ya bəyənmə, İsrail rejimi var”, deyərək, Kasıbiyə İsrail rejimini qəbul etməli olduğunu söyləyir.

Şamrani, həmçinin, “ərəblər illərini Fələstin iddiası ilə itirdi. Nəticə, sözdə qalan və nəticəsiz bir məyusluq oldu”, sözlərini işlədir.

Qızının İsrail rejiminin işğalı altında olan torpaqda yaşayan yəhudi dostu ilə oynamadığı təqdirdə də, İsrail rejiminə bir şey olmayacağını söyləyən Şamrani, İsrail rejiminin ona hücum edən ölkələrə baxmayaraq, ayaqda üstə olduğunu və ona hücum edən ölkələrin isə sonunun gəldiyini söyləyir.

Digər bir səhnədə də Şamrani fələstinlilərin yardımlarına baxmayaraq, Səudiyyə rejiminə hücum üçün fürsəti əldən vermədiyini söyləyərək, “Əsl düşmən, yanınızda dayanmadan İsrail rejimini deyil, gecə-gündüz sizi təhqir edənlərdir”, sözlərini işlədir.

Fələstinli yazar Mahir Əl-Yusuf Tvitter üzərindən paylaşdığı mesajında, “Mahrac 7” serialını tənqid edərək, Fələstin məsələsinin səthi bir şəkildə və tarixin qəsdli bir şəkildə təhrif edilməsi ilə mübahisə olunmayacağını bildirib.

Yusuf Fələstinlilərin serialda şeytanlaşdırılarak torpaqlarını satmaqla günahlandırıldığını, sionist açıqlamalarındakı kimi ayrı-seçkiliyə məruz qaldğını və yalnız səfalət içində yaşayan fələstinlilərin yaxşı olması klişesinin təkrarlandığını qeyd edib.

Səudiyyə rejimində yaşayan yazıçı Əhməd bin Raşid bin Səid “Mahrac 7” serialında İsrail rejiminin lehinə olan dialoqlara işarə edərək, belə deyib: “Serialdakı bu dialoqlarla plüralizm təəssüratını yaratmağa çalışırlar, fələstinlilərin isə qəsdən neqativ obrazda qələmə verilməsi və dezinformasiya gözə çarpır”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031