Livanda məscidlər və kilsələr ibadət üçün yenidən açılır
Mьəllif: admin1
Tarix: 6-05-2020, 17:23
Bцlmə: Xəbərlər
Livanda məscidlər və kilsələr ibadət üçün yenidən açılır
Livan Daxili İşlər Nazirliyi koronavirus səbəbiylə məscidlərdə və kilsələrdə ibadətlərə icazə veriləcəyini açıqlayıb.

Nazirliyin yazılı açıqlamasında koronavirusa görə ibadətin dayandırıldığı məscidlərdə cümə namazına, kilsələrdə isə bazar günü rituallarına icazə veriləcəyi bildirilib.

Məscidlərdə və kilsələrdə toplanmanın 30 faizi keçməyəcəyinə işarə edilən açıqlamada ibadət yerlərində sanitariya tədbirlərinə tam riayət edilməsi vurğulanıb.

Livandakı sünnilərin dini qurumu kimi tanınan Fətva Şurasının verdiyi açıqlamada mart ayından ibadətə bağlanmış məscidlərdə 8 may tarixində cümə namazının qılınacağı qeyd edilib.
(eastnews.org)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031