İranda ziyarətgahlar və məscidlər açıldı
Bu barədə İranın İslami Təbliğat Qurumunun sədri höccətülislam Qumi bildirib.
İranda koronavirusun yayılmasından sonra 2 aydır bağlı olan məscidlər, 12 maydan etibarən qapılarını ibadət edənlər üçün açıldı. İranın İslami Təbliğat Qurumunun sədri höccətülislam Məhəmməd Qumi Səhiyyə naziri Səid Nəməki ilə görüşdən sonra məscidlər və digər dini, müqəddəs məkanların ibadət üçün açılacağını bildirib. Qumi, Qədr gecələrinin də yaxınlaşdığını önə çəkərək, İrandakı bütün məscidlərin 12 maydan etibarən səhiyyə protokollarına əsasən yenidən ibadətə açılmasına qərar verildiyini qeyd edib. (İslamazeri.com) Oxşar xəbərlər
|