İran koronavirusu 30 saniyəyə müəyyən edən yeni test hazırladı
İran alimləri koronavirusu 30 saniyə müəyyən edən test sistemini hazırlayıb.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Məlumata görə, sistem nanomateriallardan istifadə ilə yaradılıb. Yeni test koronavirusun mövcudluğunu 95% dəqiqliklə aşkarlamağa qadirdir. Test, həmçinin xəstəliyin ilk mərhələlərində virusu üzə çıxarır. Koronavirus ilə əlaqəli tədqiqat layihələrinə toxunan İran Tibb Elmləri Universitetinin tədqiqat və texnologiya üzrə prorektoru Seyid Abbas Mutavaliyan bildirib ki, ən yeni texnologiyalarla hazırlanan dörd diaqnostika dəstinin sınağı davam edir: "Diaqnostika testləri üzərində dörd layihə var, onlardan ikisində nanotexnologiyadan istifadə olunub. Bu "Multiplex PCR" diaqnostik testi və "Crisper" texnologiyası ilə sürətli diaqnostika testləridir". O qeyd edib ki, hazırda universitetdə bir neçə klinik sınaq aparılır, bunlardan biri də "Favipiravirin" effektiv sınaqlarıdır. İran Tibb Elmləri Universitetində aparılan ən vacib klinik sınaqlardan biri də profilaktika üçün "Xlorokin" sınaqdır. Bu sınaq, koronavirus xəstəliyi ilə sıx əlaqədə olan və ürək-damar xəstəliyi kimi əsas şərtləri olan insanlar üçündür. Bu insanların xəstəliyin ağır formalarını almasına mane olur. (eastnews.org) Oxşar xəbərlər
|