Əfqanıstan Prezidenti orduya terrorçulara hücum etməyi əmr etdi
Əfqanıstan Prezidenti ölkənin təhlükəsizlik və hərbi qüvvələrini "Taliban"a qarşı tam hazır olmağa çağırıb.
Televiziya çıxışında Əşrəf Qani Əfqanıstanda dünənki terror hücumlarında həlak olanların ailələrinə başsağlığı verib: "Əfqanıstan hərbi və təhlükəsizlik qüvvələri müdafiə vəziyyətindən çıxmalıdır və "Taliban" və digər terror qruplaşmalarına qarşı hücum başlamalıdır. "Taliban" atəşkəsi qəbul etməyib və döyüşməyə, öldürməyə davam edir". Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabildə yaraqlıların doğum evinə hücumu, şərqdə yerləşən Nangahar əyalətində hökumət rəsmilərinin və parlament üzvünün qatıldığı dəfn mərasimində kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 50 nəfər ölüb. (eastnews.org) Oxşar xəbərlər
|