"Bədbəxtlik günü": 800 min fələstinlinin ölkəsindən çıxarılmasından 72 il ötür
Mьəllif: admin1
Tarix: 15-05-2020, 11:01
Bцlmə: Xəbərlər
"Bədbəxtlik günü": 800 min fələstinlinin ölkəsindən çıxarılmasından 72 il ötür
Fələstinlilər 15 mayı yurdlarından didərgin salınmalarının 72-ci ildönümü kimi qeyd ediblər. Onlar bu günü "Nakbət" yəni "bədbəxtlik" günü adlandırır.

Buna görə İordan çayının qərb sahilində, Qəzza zolağında, bir sıra dünya və müsəlman ölkələrində “Nakbət” günü ilə bağlı tədbirlər keçirilir. İsrailin yaranma günü və fələstinlilərin “Nakbət” günü elə bir halda qeyd edilir ki, İsrail işğalda olan digər əraziləri də öz ərazisi kimi elan etməyə hazırlaşır.

İsrail rəsmi mənbələri işğalda olan İordan vadisi üzərində, habelə işğal edilmiş ərazilərdə sonradan salınan 121 massiv üzərində suverenliyini yaxın zamanlarda rəsmən elan edəcəyini bildirib. ABŞ Dövlət katibi Mayk Pompeo İsrailin bu addımını dəstəkləyəcəyini bildirdiyi halda Ərəb Dövlətləri Liqası ötən gün yalnız qınayıcı bəyanat verib.

Bildirək ki, 1948-ci il mayın 15-də yeni yaradılmış İsrail dövləti 800 min fələstinlini 530 şəhər, qəsəbə, 662 kənddən çıxararaq, məcburi qaydada köç etməyə vadar edib.

Eyni dövrdə Böyük Britaniya öz əsgərlərini Fələstindən çıxarıb. Bu addımlardan sonra yəhudilərin kütləvi şəkildə Fələstin torpaqlarına axını və onların orada yerləşdirilməsi planı həyata keçirilib.

Sonradan BMT-nin Fələstin torpaqlarının boşaldılması ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qərarlara baxmayaraq, İsrail işğal edilmiş əraziləri genişləndirib və orada yeni yaşayış massivləri inşa edib.

Bundan əlavə, İsrail beynəlxalq və hərbi müstəvidə "Kemp-Devid", "Oslo", "Vadi ərəbə" kimi bir sıra uğurlu razılaşmaları əldə edib və hazırda da işğal etdiyi ərazilərdə yeni yaşayış massivlərinin salınmasını həyata keçirir.

Rəsmi statistikaya əsasən, Fələstin köçkünlərinin sayı o vaxt 800 min civarında idisə, indi 6 milyonu ötüb. Onların 3 milyonu İordaniyada, 405 mini Livanda, 434 mini Suriyada, 44 min Misirdə, 327 mini Səudiyyə Ərəbistanında, qalanı isə daxildə və digər ölkələrdə yaşayırlar.

Qeyd edək ki, cari ramazan ayının son cümə günü yerdə qalan Fələstin torpaqlarında, müsəlman və dünya ölkələrində fələstinlilərin hüquqları, Qüds şəhəri və Əqsa məscidi ilə bağlı Beynəlxalq Qüds günü keçiriləcək.
(eastnews.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031