“Əmin” Xeyriyyə Fondu çox sayda valideyn himayəsindən məhrum uşaqlara yardım etdi
Mьəllif: admin1
Tarix: 17-05-2020, 03:40
Bцlmə: Xəbərlər
“Əmin” Xeyriyyə Fondu çox sayda valideyn himayəsindən məhrum uşaqlara yardım etdi
“Əmin” Xeyriyyə Fondu Ramazan ayı boyunca xeyriyyəçi və yardimsevər insanlardan topladığı ianələri iki ayrı vaxtlarda, ərzaq paketi və nəqd pul şəkilində öhdəsinə götürdüyü valideyn himayəsindən məhrum ehtiyaclı uşaqların və eləcə də gözləmə növbəsində olan müraciət edənlərin ailəsinə yardım edib.

28 aprel tarixində 35 lari dəyərində ərzaq paketi, 15-16 mayda isə pul vəsaiti olaraq hesablarına köçürülüb, çatdırılıbdır.

Qeyd edək ki, bu günlər köçürülən məbləğ tək “Əmin” Xeyriyyə fondunun deyil, eyni zamanda Qardabanidə fəaliyyət göstərən “Əmirəl-möminin” Xeyriyyə Fondunun himayəsinə götürdüyü və eləcə də (imkansızlıqdan) hələlik daimi yardım siyahımızda olmayan ölkəmizin müxtəlif bölgələrində yaşayan valideyn himayəsindən məhrum ailələrə də yardım edilib.

Ümumilikdə 97 ailədə (cəmi 179 uşaqa) yardımlar belə olub: Bir uşaqlı 38 ailəyə 35 lari, iki uşaqlı 48 ailəyə 50 lari, 3 uşaqlı 10 ailəyə 70 və digər bir 6 uşaqlı ailəyə isə 140 lari məbləğində yetirilib.

Əmin Xeyriyyə Fondunun rəhbəri Hacı Mahir Məmmədov, fondun əməkdaşları adından bütün xeyriyyəçilərə, yardımsevən xalqımıza və əməyi keçən hər kəsə təşəkkür edir.

Xüsusi ilə də sonuncu yardımın bütün xərcini qarşılayan Marneuli rayonunun Qızılhacılı kənd sakini xeyriyyəçi Hacı İltizam Çobanlıya minnətdarlığımızı bildiririk. Allahdan bütün xeyirxah əməllərinizin qəbul olmasını diləyirik.

Sonda onu da qeyd edək ki, həmin uşaqlara yenə ərzaq paketi ehsan etmək istəyən xeyriyyəçilər var. Onların yardımını Ramazan bayramı günlərində çatdırmağı planlaşdırmışıq.

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031