Putin Rusiya müsəlmanlarına çağırış etdi
Rusiya Prezidenti Vladimir Putin rusiyalı müsəlmanların Ramazan bayramı tətilində təcrid tədbirlərinə riayət etmək üçün ruhanilərin tövsiyələrinə əməl etmələrini gözlədiyini açıqlayıb.
Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə onlayn görüşdə Vladimir Putin 23 may tarixində Ramazan bayramı ilə başa çatan Ramazan ayının İslam dininə mənsub olanlar arasında davam etdiyini bildirib. “Bilirəm ki, respublikadakı insanlar bu bayrama necə münasibət bəsləyirlər, adətlər necə qorunur. Mən də bilirəm ki, din xadimləri bu dəfə dindarları, müsəlmanları bu bayramı evdə qeyd etməyə, kollektiv namazdan və dostlarla birlikdə toplaşaraq, böyük tədbirlərdən imtina etməyə çağırıb”, - deyə V.Putin bildirib. “Ümid edirəm ki, bu nüfuzlu söz mütləq eşidiləcək”, - deyə Rusiya dövlət başçısı əlavə edib. Xatırladaq ki, bu il Rusiya ərazisində Ramazan bayramı mayın 24-də qeyd ediləcək. (eastnews.org) Oxşar xəbərlər
|