Kuba prezidenti: “ABŞ terrorçulara kömək edir”
Kuba Prezidenti ABŞ-ın yalançı açıqlamalarını tənqid edərək, Vaşinqtonun terrorizmlə mübarizə üçün heç bir iş görmədiyini və bunun əksi olaraq terrorçularla tərəfdaşlıq etdiyini vurğulayıb.
Kuba prezidenti Migel Dias-Kanel öz “Tvitter” səhifəsində bu ilin aprelində Vaşinqtondakı Kuba səfirliyinə edilən hücuma işarə edərək, Kubanın hələ də Vaşinqtonda baş verən terror hadisəsi ilə bağlı istintaqın nəticələrini gözlədiyini yazıb. "Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, aprelin sonlarında silahlı terrorçu Vaşinqtondakı Kuba səfirliyinə atəş açaraq binaya ziyan vurub. Kuba prezidenti bu mövzuda ABŞ hökumətinin səssizlik strategiyasından təhqir strategiyasına keçdiyini söylədi. Migel Dias-Kanel əlavə etdi: "ABŞ hökuməti bu barədə həqiqəti söyləyə bilmədiyi üçün yalan danışaraq, təhqirlər edir". Vaşinqton polisi təcavüzkarın tutulduğunu və onun Texas sakini Aleksandr Alazo olduğunu söyləyib. ABŞ hökumət orqanları Kuba hakimiyyətinə Kuba səfirliyinə edilən hücumun təfərrüatlarını verməkdən imtina edir. ABŞ-ın dövlət katibi çərşənbə günü terrorla mübarizə tədbirlərində, ABŞ ilə əməkdaşlıq etməkdən imtina edən ölkələrin siyahısına yenidən Kuba əlavə edəcəyini söylədi. ABŞ hökuməti Kubaya qarşı müxtəlif bəhanələrlə uzun müddət sanksiya tətbiq edir. Kuba hökumətinin ABŞ ilə diplomatik əlaqələrin davam etdirilməsi ilə bağlı Kuba hökumət nümayəndələri bildirir ki, Vaşinqton Kubaya qarşı iqtisadi sanksiyalar tətbiq edərkən ikitərəfli münasibətlərin inkişafı barədə ciddi düşünmək çətindir. Oxşar xəbərlər
|