Suriyanın baş müftisi: “Suriya ordusu Fələstin müqavimətinə xidmət etmək üçün əlindən gələni edir”
Suriyanın baş müftisi Şeyx Hassun Suriya ordusunun bütün gücünü və imkanlarını Fələstin müqavimətinə xidmət üçün təqdim etdiyini söyləyib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Şeyx Hassun Suriyanın təkfirçi qrupların törətdikləri cinayətlərə görə ən ağır əvəz ödədiyini bildirib. “Suriya ordusu bütün gücünü və imkanlarını Fələstin müqavimətinin xidmətinə verdi”, - deyə o, bildirib. Şeyx Hassun bəzi ərəb ölkələrini işarə edərək, belə deyib: “Sizlər Suriyanın dağıdılması üçün çoxlu pullar xərclədiniz”. O, bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmaq səylərinə toxunaraq, belə davam edib: “Biz münasibətləri normallaşdırmaq və Əsrin müqaviləsi hiyləsinə qarşı çıxan yeni bir nəslin mübarizə apardığı bir əsrin əvvəlindəyik”. Oxşar xəbərlər
|