Nikolas Maduro İrana təşəkkür etdi: “Bizim üçün Ramazan bayramı hədiyyəsi oldu”
Mьəllif: admin1
Tarix: 25-05-2020, 17:38
Bцlmə: Xəbərlər
Nikolas Maduro İrana təşəkkür etdi: “Bizim üçün Ramazan bayramı hədiyyəsi oldu”
Venesuelanın prezidenti Nikolas Maduro İranın Venesuelaya dəstək məqsədi ilə göndərdiyi yanacaq daşıyan tankerlərinə İran hökumətinə və xalqına təşəkkür edib.

Deyerler.org xəbər verir ki, İran və Venesuelanın sülh istədiklərini bildirən Maduro, iki ölkənin açıq dənizlərdə sərbəst ticarət etmək hüququna sahib olduğunu söyləyib.

Maduro İrandan benzin daşıyan 5 tankerdən biri olan Fortune-nin Venesuelaya gəlişini Ramazan ayının hədiyyəsi olduğunu bildirib.

Maduro imperialist ölkələrin hökmran, sanksiya və təzyiq siyasətlərinə toxunaraq, onların bu siyasətlərinə qarşı yalnız qardaşlığın həmrəyliyi ilə mübarizə aparıla biləcəyini və xalqların xilas ola biləcəyini söyləyib.

Venesuela prezidenti, həmçinin öz Twitter hesabında İrana ölkəsinə benzin göndərdiyinə görə minnətdarlığını bildirmiş və ölkəsinə benzin daşıyan İran gəmisinin şəkillərini yerləşdirərək belə demişdi:

“Fortune gəmisinin gəlməsi bizə Ramazan ayının hədiyyəsi oldu və bu İran İslam Respublikası və Venesuela xalqları arasında qarışıqlığın əlamətidir. İmperialist ölkələr öz qaydalarını güc yoluyla tətbiq etmək istədikləri yerlərdə yalnız qardaşlıq azad insanları xilas edə bilər. İrana təşəkkür edirəm”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031