Səudiyyə rejimi Yəmən xalqına yanacaq və ərzaq daşıyan 20-dən çox gəmini ələ keçirdi
Yəmənin Hudeyda limanındakı bir mənbə, neft məhsulları və qida məhsulları daşıyan gəmilərin tutulmalarının davam etdiyini bildirib.
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının donanması bu günə qədər 500.000 tondan çox yanacaq və ərzaq daşıyan 20-dən çox gəmini ələ keçirib. Mənbə gəmilərdən birinin iki aydan artıq müddətdir tutulduğunu və ələ keçirilən gəmilərin üçündə qarğıdalı və şəkərin olduğunu vurğulayıb. Bununla əlaqədar Yəmən neft şirkətinin rəsmi nümayəndəsi Amin Əl-Şasti Səudiyyə rejiminin koalisiyasının Yəmən xalqına qarşı təcavüzünün dəniz üzərindən də davam etdiyini açıqlayıb. “Koronavirusun yayıldığı bir vaxtda, təcavüzkar koalisiya dənizdə neft məhsulları və ərzaq məhsulları daşıyan gəmiləri oğurlamağa davam edir”, - deyə o, bildirib. BMT və Səudiyyə rejiminin təcavüzkar koalisiyasının koronavirus böhranı zamanı Yəmən xalqına köklü və zəruri xidmətlərin dayandırılmasına görə məsuliyyət daşıdığını vurğulayıb. Yəmən rəsmisi bundan əvvəl Yəmənin neft məhsullarını daşıyan gəminin oğurlandığını xəbər vermişdi. Yəmən neft şirkəti aprelin 19-da Səudiyyə rejimi-ABŞ koalisiyasının 146 gün Yəmən sahillərində saxladıqdan sonra Bahia Damas gəmisini buraxdığını elan etmişdi. Gəmi 24 854 ton benzin daşıyırdı. Gəminin sərbəst buraxılmasına reaksiya göstərən Əl-Şasti, Səudiyyə rejiminin gəmini ələ keçirmək üçün heç bir əsasının olmadığını söyləmişdi. Oxşar xəbərlər
|