Səudiyyədə məscidlər və Kəbə evinin ziyarəti ilə bağlı son durum açıqlandı
Xarici KİV-lər Səudiyyə Ərəbistanında məscidlərin yenidən açıldığını, ölkədə ümrə həcci və həcc ziyarətinə qadağanın davam etdiyini bildirib.
Səudiyyə mətbuatının məlumatına görə, Səudiyyə rəsmiləri koronavirus infeksiyasının qarşısını almaq üçün planlarını açıqlayıb. Bu tədbirlər nəticəsində Məkkədən başqa bütün məscidlərdə fəaliyyət bərpa ediləcək. Camaat və cümə namazları qılınacaq. Bundan əlavə bu tədbirlərə uyğun olaraq, mağaza və ticarət mərkəzləri kimi bəzi iqtisadi fəaliyyətlərin həyata keçirilməsinə icazə veriləcək. Səudiyyə rəsmilərinin bildirdiyinə görə, beynəlxalq aviareyslər xəbərdarlıq olunmayana qədər həyata keçirilməyəcəkdir. Səudiyyə rəsmiləri hələ də xəbərdarlığa qədər qadağan olunmuş Ümrə həcci ziyarətinə icazə vermirlər. Səudiyyə Ərəbistanının səhiyyə nazirliyi koronavirusa yoluxanların sayının 74 795 nəfərə çatdığını bildirir. (eastnews.org) Oxşar xəbərlər
|