Ali Dini Rəhbər: “Parlamentdə vicdanlı və fəal deputatların olması çox vacibdir”
Ali Dini Rəhbərin ofisinin rəhbəri höccətül-İslam Muhamməd Muhammədi Gülpayiqani bu gün (27 may) İranda keçirilən parlamentin 11-ci açılış mərasimində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin mesajını oxuyub.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, İran parlamentinin 11-ci çağırış parlament üzvləri bu gün and içərək, öz işlərinə başlayıb. Bu gün səhər başlayan mərasimdə prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və Ali Məhkəmə Qurumunun rəhbəri höccətül-İslam Seyid İbrahim Rəisi, xarici işlər naziri Məhəmməd Cavad Zərif, daxili işlər naziri Rəhmani Fəzli, kəşfiyyat naziri Mahmud Ələvi, Ali Dini Rəhbərin ofisinin rəhbəri höccətül-İslam Muhamməd Muhammədi Gülpayiqani, İran Dövlət Radio və Televiziyasının (İRİB) sədri Əli Əsgəri və İran Ordusunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi iştirak edib. Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei məktubunda bunları qeyd edib: “Daha ixtisaslaşmış, intizamlı, aktiv və vicdanlı nümayəndələrdən ibarət olan şura işləri idarə etməlidir. Deputatlar ölkənin vəziyyəti və prioritetləri barədə məlumatlı olmalıdırlar”. “İqtisadiyyat və mədəniyyət”in ölkənin prioritetlərinin başında olduğuna diqqəti çəkən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamneyi, 11-ci çağırış deputatlara aşağıdakı tövsiyələri verib: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmə, işdəki səhlənkarlıq və etnik qütbləşmə kimi məsələlər zərərli ola bilər. Deputatlar müqavimət iqtisadiyyatının ümumi siyasətini təşkil edən məşğulluq, istehsal, milli valyuta dəyəri, inflyasiya kimi milli iqtisadiyyatın əsas siyasətlərinin yenidən qurulmasına diqqət yetirməlidirlər. Parlamentin ölkənin yeddinci inkişaf planının müəyyənləşdirilməsində mühüm vəzifələri var. Deputatlar bu vəzifəyə diqqət yetirməlidirlər və eyni zamanda hökumətin maliyyə mənbələrində neft gəlirlərinin həlledici rolunun azaldılmasına diqqət yetirməlidirlər. Bu, ölkə iqtisadiyyatını təsvir etmək üçün əla fürsətdir”. Hamının qanuna uyğun hərəkət etməli olduğunu vurğulayan Ali Dini Rəhbər, belə qeyd edib: “Qanun düzgün və lazımlı şəkildə istifadə edilsə, ölkə ən yüksək hədəflərinə çatacaq. Ali Dini Rəhbər deputatların aztəminatlı ailələrin rifahını prioritetdə saxlamalı olduqlarını bildirərək, deputatlara tənqidi və həssas mövzularda inqilabçı mövqedə olmalarını tövsiyə edib. Oxşar xəbərlər
|