İmam Hüseynin (ə) hərəminin daxili günbəzinin güzgülənməsi layihəsi tamamlandı – Foto
Həzrət Seyyidüş-Şühəda İmam Hüseynin (ə) Kərbəla şəhərində yerləşən müqəddəs ziyarətgahının daxili günbəzinin güzgü ilə bəzədilməsi layihəsi başa çatıb.
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bunu hərəmin texniki mühəndislik idarəsinin inşaat işləri şöbəsinin məsulu Mühəndis Əbdülhəsən Məhəmməd deyib. Onun sözlərinə görə, layihə çərçivəsində 2500 kvadratmetr sahə güzgü ilə bəzədilib. Bu işdə ən yaxşı növ güzgülərdən istifadə edilib. Bu növ güzgülər müxtəlif növ su-hava şəraitinə dayanıqlıdır. O qeyd edib ki, müqəddəs hərəmin aynalama və güzgü ilə bəzədilməsi işini bu işdə xüsusi peşəkarlıqları olan İraqlı ustalar yerinə yetirib. Oxşar xəbərlər
|