İsrail rejimi Əl-Əqsa məscidinin imam-camaatını həbs etdi
Şeyx İkrimə Səbrinin ailəsindən adının açıqlanmasını istəməyən bir şəxs Anadolu müxbirinə bildirib ki, İsrail rejiminin qüvvələri Qüdsün Əs-Suvvanə məhəlləsindəki Şeyx Səbrinin evinə basqın edərək, onu həbs ediblər.
Səbrinin saxlanılmasına etiraz etdiyini bildirən şəxs, İsrail rejiminin qüvvələrinin şeyxi heç bir əsas olmadan zorla həbs etdiyini söyləyib. Sözügedən şəxs, Şeyx Səbrinin İsrail rejiminin qüvvələri tərəfindən Qüdsün Qədim Şəhər hissəsindəki Caffa (Hebron) qapısı yaxınlığında olan polis bölməsinə aparıldığını qeyd edib. İsrail rejimi yanvar ayında Əl-Əqsa məscidinin imam-camaatı Şeyx İkrimə Səbrini 4 ay müddətinə Əl-Əqsa məscidindən uzaqlaşdırmaq qərarı vermişdi. (Deyerler.org) Oxşar xəbərlər
|