Sabah Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
Maide.Az xəbər verir ki, bu barədə İslam işləri naziri Abdel Lətif bin Əbdüləziz əl-Şeyx bildirib. Müqəddəs Mədinə şəhərində yerləşən Peyğəmbər (s) Məscidinin qapıları qarşıdakı bazar günü möminlərin üzünə açılacaq. Bu barədə Səudiyyə televiziyası məlumat yayıb. Məlumata görə, Səudiyyə kralının təlimatı əsasında Səud rejimində 2 mərhələli keçidlə müqəddəs məkanların açılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində ilkin olaraq Məscidün-Nəbiyə (s) yenidən zəvvarların daxil olmasına imkan veriləcək. Səudiyyə Ərəbistanı İki Müqəddəs Ocağı işləri üzrə Baş İdarəsinin sərəncamına əsasən, Peyğəmbər məscidinin insanlarla dolması 40% -dən çox olmamalıdır. Eyni zamanda ibadət edənlər üçün bütün xalçalar həyətdən çıxarılacaqdır. Məscidül-Həram hələki bağlı qalır. Oxşar xəbərlər
|