Yəmən ordusu strateji dağları azad etdi. Səudiyyə rejimi və ABŞ qüvvələri qaçdı
Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələri Məarib əyalətinin (Yəmənin şimal-şərqində yerləşir) Madağal qəsəbəsindəki strateji Əl-Əlaq dağlarında nəzarəti ələ keçirib.
Deyerler.org xəbər verir ki, Əxbər Əl-Yəməni saytının verdiyi məlumata görə, həmin dağ istefa vermiş Yəmən rejiminin nəzarəti altında olan strateji Mas bazasının qarşısında yerləşir. Yəmən ordusu və Ənsarullah qüvvələri Mas bazasını üç istiqamətdən mühasirəyə alıblar və şəhərə tərəf cənub-qərbdən, cənubdan və şimaldan irəliləməyə başlayıblar. Bu arada, bəzi Yəmən KİV-ləri Səudiyyə rejiminin qüvvələrinin və amerikalı hərbi mütəxəssislərin Məaribdəki bazalarını gizli şəkildə tərk etdiklərini bildiriblər. Əsən Tayms qəzetinin yazdığına görə, Səudiyyə rejiminin qüvvələri və amerikalı mütəxəssislər diqqəti cəlb etməmək üçün avadanlıqlarını və döyüş sursatlarını bu mərkəzlərdə qoyub çıxıblar. Yəmən ordusu və Ənsarullah son bir neçə ayda Məarib əyalətində ciddi irəliləyişlər əldə edib. Oxşar xəbərlər
|