Nyu-Yorkda etirazlar zamanı 70-dən çox adam həbs olundu
Mьəllif: admin1
Tarix: 31-05-2020, 11:03
Bцlmə: Xəbərlər
Nyu-Yorkda etirazlar zamanı 70-dən çox adam həbs olundu
Şənbə günü Nyu-Yorkda afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu etirazlar zamanı azı 70 nəfər həbs olunub.

Modern.az xəbər verir ki, bu barədə ABC telekanalı şəhər polisinin məlumatlarına istinadən xəbər verir.

Telekanaldan verilən məlumata görə, nümayişçilərlə toqquşmalarda hüquq-mühafizə orqanının bir neçə əməkdaşı xəsarət alıb.

Hakimiyyət orqanları etirazçıların sayı barədə dəqiq məlumat vermir, lakin teleşirkətinin məlumatına görə, Nyu-Yorkun bütün beş rayonunda minlərlə insan iğtişaşlarda iştirak edir.

Qeyd edək ki, mayın 30-na keçən gecə Nyu-York polisi 200 yaxın etirazçını həbs edib.

Mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş eməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb.

Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və bundan sonra dizi ilə onun boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.
Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031